Peru sahillərində güclü zəlzələ oldu

Bu gün Perunun mərkəzi sahillərində 7,2 bal gücündə zəlzələ baş verib. ABŞ Geoloji Xidmətinin məlumatına görə, bəzi sahil xətlərində sunami təhlükəsi yaranıb.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, zəlzələnin episentri təxminən 246 min nəfər əhalisi olan İka şəhərindən 250 kilometr cənub-şərqdə yerləşib. Zəlzələ ocağı 56 kilometr dərinlikdə olub.

İtki və dağıntılar barədə məlumat verilmir.

COP29