Peruda güclü zəlzələ oldu

Peruda 5,3 bal gücündə zəlzələ olub.

Yenicag.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Bildrilib ki, yeraltı təkanların episentri təxminən 5700 nəfər əhalisi olan Barranka şəhərindən 80 kilometr cənub-qərbdə yerləşib.

Zəlzələnin ocağı yerin 35,7 km dərinliyində olub.

Tələfat və dağıntılar barədə hələlik məlumat daxil olmayıb.