Peruda güclü ZƏLZƏLƏ

Peruda 5,7 bal gücündə zəlzələ qeydə alınıb.

Yenicag.az xəbər verir ki, bu barədə ABŞ Geoloji xidməti xəbər verib.

Məlumata əsasən, yeraltı təkanların episentri Kusko şəhərindən təxminən 200 km şimalda olub. Zəlzələnin ocağı 13,5 km dərinlikdə yerləşib.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.