Perunun Azərbaycandakı səfirliyi bağlanır

Peru höküməti Azərbaycandakı səfirliyinin bağlanması ilə bağlı qərar qəbul edib.

Yenicag.az xəbər verir ki, bu barədə səfirliyin “Facebook” hesabında məlumat verilib.

“Peru hökumətinin Bakıdakı səfirliyi bağlamaq qərarına görə təəssüflənirik. Bununla əlaqədar inzibati prosedurlar başlanıb və ilk addım olaraq səfirliyin konsulluq şöbəsi yalnız dekabrın 15-dək xidmətlər təklif edəcək. Bu tarixdən sonra bütün müraciətlər Ankaradakı səfirliyimizə edilməlidir. Peru səfirliyi 2020-ci il martın 1-də fəaliyyətini tamamilə dayandıracaq”, – deyə məlumatda qeyd edilir./APA/

COP29