Pərvin Abıyeva: “Azadlığım üçün çox şey edərəm”

ARB TV-nin “Onun Sirri” verilişinin növbəti qonağı aktrisa Pərvin Abıyeva olub.

Yenicag.az xəbər verir ki, tanınmış aktrisa ailə həyatı qurmaq istədiyini etiraf edib:

“Uşaq vaxtı sual verəndə ki, böyüyəndə nə olmaq istəyirsən? Mən həmişə deyirdim ki, ana olmaq istəyirəm. 18 yaşım olanda evlənəcəm, 4 övladım olacaq. Amma artıq 4 uşaq üçün gecdir, 2 uşaq istəyirəm. Çox gözəl evdarlığım var. Sənətimi atıb ev qadını olaram. Azad ruhlu insanam. Azadlığım üçün çox şey edərəm. Amma insan sevdiyi üçün hər şey edər. 22-23 yaşım olanda mənə 42 yaşlı kişi də evlilik təklif etmişdi. Nə qədər azad olsam da yaş fərqinə görə el qınağından çəkinmişəm. İndi artıq o fikirdə deyiləm”.