Pərvin ilk dəfə açıqladı: “Atam Salyan…” – FOTOLAR

“Bəxtim açılıb, nəsə, axır vaxtlar 2-3 təklif almışam, amma…”

Yenicag.az xəbər verir ki, bu sözləri aktrisa Pərvin Abıyeva “Instagram” hesabından paylaşıb.

İzləyicilərdən gələn sualları cavablandıran Pərvin əslən “Salyan, Əlibayramlı zonasından” olduğunu bildirib.

Aktrisaya ünvanlanan suallardan biri də Türkiyə seriallarına çəkilmək təklifləri haqqında olub.

Pərvinin sözlərinə görə, Türkiyədən çox sayda təklif alsa da, “5 illik müqavilələr onu qorxudur”.

Aktrisa evlilik təklifi alıb-almamasına dair suala iddialı cavab versə də, fikrini konkretləşdirməyib:

“Bəxtim açılıb, nəsə, axır vaxtlar 2-3 təklif almışam, amma…”