Prodüser Tolik canlı yayımda Pərvizdən “Türkana sənətdə qadağa qoyursan?”, – deyə soruşub.
Yenicag.az xəbər verir ki, sualdan qıcıqlanan meyxanaçı duet ortağı Türkan Vəlizadəyə qadağa qoymadığını bildirib:
“Biz ancaq məclisdən-məclisə görüşürük. Onun şəxsi həyatıma heç bir dəxli yoxdur. Adam axırda özü bezib gedəcək. Türkana ata-anası qadağa qoya bilər. Necə ki, mənə valideynlərim qadağa qoyur. Bəyəm Türkanın ağlı yoxdur ki, ona nəsə deyim? Biz sənət dostuyuq”.
Türkan duet ortağının müdafiəsinə qalxıb: “Mən Pərviz məktəbi keçmişəm”.
Xəzər TV-nin “Hər şey daxil” verilişindən olan görüntüləri təqdim edirik:
Nehru