Prezidentin sonuncu əfv fərmanı ilə azadlığa çıxan sabiq vicdan məhbusu Pərviz Həşimli yeni xəbər saytı açıb.
Yenicag.az xəbər verir ki, bunu moderator.az -a açıqlamasında P.Həşimli bildirib. Yeni layihəsi ilə bağlı danışan tanınmış jurnalist qeyd edib ki, saytın adı gununsesi.info adlanır:
“Özünün müstəqil kursu olan sayt daha çox ölkənin ictimai-siyasi həyatına aid xəbərlər yayacaq. Artıq komandamız formalaşmaq üzrədir. Saytımız hazırda test rejimindədir. Bir neçə günə oxucuların xidmətində olacağıq”.