Pərviz Həşimlini ölkədən buraxmadılar

Atasını Gürcüstana aparan baş redaktor sərhəddən buraxılmayıb.

Yenicag.az xəbər verir ki, Pərviz Həşimlinin ölkədən çıxışına qadağa qoyulub.

Həşimli atasını Gürcüstana müayinə üçün apararkən onu sərhəddən buraxmayblar.

Pərviz Həşimlinin sözlərinə görə, atasını Gürcüstanda müayinəyə apararkən ölkədən çıxışına qadağa qoyulduğunu öyrənib:

“Atamı Gürcüstana müayinəyə aparırdım, sərhəddən məni buraxmadılar. Sayt işlətmə deyə ismarıcları da qəbul etdik, susub hər şeyi zamanın axarına buraxdıq. Bəs bu qadağalar nəyə lazım?”

Sonda Pərviz Həşimli prokurorluğun bu dəfə ona qarşı ədalətli olmasını arzulayıb.