Pərviz “Survivor”dan getdi

TV8 ekranlarında yayımlanan “Survivor” yarışmasında bu həftə adanı azərbaycanlı iştirakçı Pərviz Abdullayev tərk edib.

Yenicag.az xəbər verir ki, “Məşhurlar” komandasının üzvi, kikboks üzrə 6 qat dünya çempionu Pərviz Abdullayev SMS səsverməsinə çıxarılıb və məğlub olub.

Qeyd edək ki, vida gecəsində ən çox səsi Aycan Yanaç və Ezgi Hocaoğlu yığıb.