Peşə liseylərinin şagirdləri üçün buraxılış imtahanının vaxtı bəlli oldu

Dövlət İmtahan Mərkəzi (DİM) yanvar və fevral aylarında müxtəlif imtahanlar keçirəcək.

DİM-dən Yenicag.az-a bildirilib ki, peşə liseylərinin şagirdləri üçün buraxılış imtahanı fevralın 27-də təşkil olunacaq. Peşə liseylərinin Azərbaycan dilindən fərqli dildə təhsil alan şagirdləri üçün dövlət dili (Azərbaycan dili) imtahanının isə fevralın 28-də keçirilməsi nəzərdə tutulub.