Nazirlər Kabineti “Dövlət peşə təhsili müəssisəsini maliyyələşdirmə normativləri” və “İlk peşə-ixtisas təhsili müəssisələrinin büdcə təminatı normativlərinin hesablanması metodikası və tətbiq olunma Qaydaları”nı təsdiqlənib.
Yenicag.az-ın məlumatına görə, “Dövlət peşə təhsili müəssisəsini maliyyələşdirmə normativləri” dövlət peşə təhsili müəssisələrinin büdcədən maliyyələşdirilməsi xərclərinin proqnozlaşdırılması məqsədi ilə hazırlanıb.
Dövlət peşə təhsili müəssisəsini maliyyələşdirmə normativləri Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən dövlət peşə təhsili müəssisələrinin cari fəaliyyətini həyata keçirmək üçün vahid büdcə təsnifatına uyğun büdcə vəsaitlərinə olan tələbatı müəyyən etmək məqsədi ilə tətbiq edilir.
Dövlət peşə təhsili müəssisələrinin büdcədənkənar vəsaitlərinin xərc smetalarının hazırlanması zamanı bu maliyyələşmə normativlərindən istifadə edilə bilər.