Peşə məktəblərində oxuyanların DİQQƏTİNƏ – Teledərslər keçiriləcək

Peşə təhsil müəssisələrində təhsilalanlar üçün də teledərslər təşkil olunacaq.

Yenicag.az-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib.

O qeyd edib ki, bu gündən peşə təhsil müəssisələrində təhsilalanlar üçün də teledərslərin çəkilişinə başlanılır. Teledərslərin yayımına Novruz bayramından sonra başlanılacaq.