!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Peşə məktəblərinə qəbulun nəticələri açıqlandı

!Reklam – Yazi

2018-2019-cu tədris ili üzrə “ASAN peşə” layihəsi çərçivəsində peşə təhsili müəssisələrinə sənəd qəbulu başa çatıb.

Təhsil Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, 6-26 avqust tarixlərində dövlət peşə təhsili müəssisələrinə sənəd qəbulu zamanı 11017 nəfər qeydiyyatdan keçib.

Dövlət peşə təhsili müəssisələrinə qəbul şəhadətnamə və ya attestat üzrə müvafiq fənlərin orta balı nəzərə alınmaqla müsabiqə yolu ilə ödənişsiz formada həyata keçirilib. 9196 nəfər müsabiqəni müvəffəqiyyətlə keçərək peşə təhsili müəssisələrinə qəbul olunub.

Dövlət peşə təhsili müəssisələrinə qəbulla bağlı müsabiqənin nəticələri barədə məlumat Təhsil Nazirliyi və Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəsmi internet səhifələrində (www.edu.gov.az, www.vet.edu.gov.az) yerləşdirilib.

İxtisas seçimindən uğurla keçən şəxslər aşağıdakı sənədləri 27-31 avqust 2018-ci il tarixlərində qəbul olunduqları peşə təhsili müəssisəsinə təqdim etməlidirlər:

– Təhsil haqqında sənədin əsli;

– Tibbi arayış;

– Şəxsiyyət vəsiqəsi (surəti);

– 3×4 sm. ölçüdə 4 ədəd fotoşəkil;

– Hərbi mükəlləfiyyət barədə sənəd (hərbi mükəlləfiyyətlilər);

– Güzəştli şərtlərlə qəbul edilən şəxslər üçün müvafiq təsdiqedici sənəd.

Təhsil Nazirliyi və “ASAN xidmət”in birgə həyata keçirdiyi “ASAN peşə” layihəsinin əsas məqsədi dövlət ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbulun rahatlığını və obyektivliyini təmin etməkdir.

www.yenicag.az

3206
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv