!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Peşə Təhsil Mərkəzinə elektron sənəd qəbulu başa çatır - Son gün

!Reklam – Yazi

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin bazasında yaradılan yeni Peşə Təhsil Mərkəzinə elektron sənəd qəbulu avqustun 20-də başa çatır.

Təhsil Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, cari tədris ilindən fəaliyyətə başlayacaq təhsil müəssisəsi Azərbaycan və Koreya hökumətləri arasında razılaşmaya uyğun olaraq, Koreya təhsil standartları əsasında yaradılmış ilk pilot təhsil müəssisəsidir. Ən müasir maddi-texniki baza ilə təchiz edilmiş mərkəzdə torna və frezer dəzgahların operatoru, avtomobil diaqnostikası və təmiri ustası, sənayedə quraşdırma işləri üzrə usta, elektronika ustası, elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru, inşaat ustası, veb dizayner və proqram təminatçısı və avtomatika üzrə usta adlı 8 fərqli ixtisas üzrə birillik proqramlarda təhsil almaq mümkündür.

Qeyd olunan təhsil müəssisəsi mexanika, elektronika, elektrik mühəndisliyi, sənayedə quraşdırma işləri, tikinti, informasiya texnologiyaları, avtomobil və avtomatlaşdırma istiqamətləri üzrə ən müasir avadanlıq, təlim və tədris vəsaitləri ilə təchiz edilib. Koreyalı ekspertlər və özəl sektor nümayəndələrinin iştirakı ilə tədris prosesi üçün nəzərdə tutulan kurikulumlar hazırlanıb.

www.yenicag.az

1166
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv