Peşə təhsili müəssisələrinə qeydiyyat başa çatır

media-hightechnic-468x90

Sabah, sentyabrın 10-da 2019-2020-ci tədris ili üzrə peşə təhsili müəssisələrinə sənəd qəbulunun ikinci mərhələsində uğur qazanmış namizədlərin qeydiyyat prosesi başa çatır.

Təhsil Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, ixtisas seçimindən müvəffəqiyyətlə keçən şəxslər təhsil haqqında sənədin əslini, tibbi arayışı, şəxsiyyət vəsiqəsinin surətini, 3×4 sm. ölçüdə 4 ədəd fotoşəkli və hərbi mükəlləfiyyət barədə sənədi (hərbi mükəlləfiyyətlilər) qəbul olunduqları peşə təhsili müəssisəsinə təqdim etməlidirlər.

Qeydiyyatdan keçməyənlər qəbul olunduqları ixtisasdan imtina etmiş hesab olunacaqlar.

Qeyd edək ki, sənəd qəbulunun ikinci mərhələsində 3 754 nəfər peşə təhsili müəssisələrinə qəbul olunub.

Mövzu ilə əlaqədar

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600