Peşə təhsili üzrə dərs CƏDVƏLİ – FOTO

Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Mədəniyyət” kanalında yayımlanan peşə təhsili ilə bağlı “Dərs vaxtı”nın iyunun 16-na olan cədvəli açıqlanıb.

Nazirlikdən Yenicag.az-a verilən məlumata görə, sabah saat 16:15-də Xalçaçı ixtisası üzrə – Xalçanın toxunma mərhələsi; 16:35-də Kompüter operator, dizayner ixtisası üzrə – Corel Draw proqramında vizitkartın və barkordun hazırlanması; 16:45-də Bərbər-vizajist-manikürçü ixtisası üzrə Kombinakür dərsləri olacaq.