“Peşəkar jurnalist” Virtual Təlim Mərkəzi “Şərq” qəzeti və “Region” TV-də oldular

 

IMG_0016“Qloballaşmada Gənclərin Milli-Əxlaqi Dəyərlərinin Qorunması Mərkəzi” İctimai Birliyi Azərbaycan Gənclər Fondunun dəstəyi ilə “Peşəkar jurnalist” Virtual Təlim Mərkəzi təlimlərini davam etdirir. Gənc KİV işçilərinin peşə hazırlığının yüksəldilməsinə,  onların nəzəri biliklərinin təcrübü bacarıqlara çevrilməsinə, şəbəkələşmə yolu gənc jurnalistlər arasında peşəkar və müasir jurnalistikanın tələblərinin təbliği və tədrisinə, media təhlükəsizliyinində milli maraqlar amilinə xidmət edən lahiyə çərçivəsində nüfuzlu media mütəxxəssisləri və rəhbərləri ilə görüşlər keçirilib.

IMG_9948Növbəti görüş “Şərq” qəzetində keçirilib. Müstəqil Azərbaycanın ilk qəzetlərindən olan “Şərq”in baş redaktoru, Mətbuat Şurasının üzvü Akif Aşırlı ilə təlim iştirakçıları arasında maraqlı diskussiya olub. Ənənəvi və yeni media arasında fərqdən danışan A.Aşırlı böyük ənənəsi və tarixi olan yazılı mətbuat, çap mediası-qəzetlər barədə gənclərə müfəssəl məlumat verdi.

IMG_9963

Daha sonra gənclər “Şərq” qəzetinin fəaliyyəti və qəzetin hansı prosseslərdən keçərək hazırlanması ilə tanış oldular.

IMG_9976

“Şərq” qəzetindən sonra peşəkar jurnalist olmaq istəyən gənclər “Region” Televiziyasını ziyarət etdilər. Televiziyanın sədr müavini İslam Ağayev və kanalın mətbuat xidmətinin rəhbəri İsmayıl Həsənovla görüş keçirən təlim iştirakçıları “Region” TV-nin fəaliyyəti, yayım siyasəti haqqında müfəssəl məlumat aldılar. Həm İslam Ağayev, həm də İsmayıl Həsənov telejurnalistlik təcrübələri və kanal ilə bağlı sualları cavablandırdılar.

Qeyd edək ki, təlimləri davam edən “Peşəkar jurnalist” Virtual Təlim Mərkəzi lahiyəsinin rəhbəri Anar Yusifoğlu, koordinatoru Aqil Ələsgərdir.

IMG_0004 IMG_0011 IMG_0016