“İTE – Təhsildə İnnovativ Texnologiyalar” əlavə təhsil mərkəzi Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində yüksək təcrübəli müəllim və məktəb rəhbərlərini xidmət göstərmək məqsədi ilə işə dəvət edir. Xidmətin mahiyyəti Bakı şəhəri üzrə seçilmiş məktəblərdə müxtəlif təlimlərdən keçmiş müəllimlər və inzibati-idarəetmə həyəti üzvlərinə İKT-nin təhsilə tətbiqi və peşəkarlıq səviyyəsinin təkmilləşdirilməsi istiqamətində mentorluq dəstəyinin göstərilməsidir.
“İTE-Təhsildə İnnovativ Texnologiyalar” əlavə təhsil mərkəzi tərəfindən hazırlanacaq peşəkar mentorların seçimi mərhələlər üzrə aparılacaq:
Namizədlər üçün tələblər:
– Pedaqoji ali təhsil
– Pedaqoji sahədə minimum 3(üç) illik iş təcrübəsi
– İKT-dən sərbəst istifadə bacarığı (MS Office paketi, Veb 2 alətləri, İnteraktiv lövhə)
– Kurikulum tətbiqi üzrə nəzəri və praktik bacarığı
– Liderlik bacarığı
– Kommunikativ bacarıqları
– Yüksək motivasiya
– Səmərəli qərar qəbuletmə bacarığı
– Nəticəyönümlülük
– Məntiqi düşüncə bacarığı
İştirak etmək istəyənlər CV-lərini 17 iyul 2016-cı il tarixinə qədər “Mentor” adı ilə aşağıdakı ünvana göndərməlidirlər:
“İTE-Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzi: [email protected]
Əlavə məlumat üçün əlaqələr:
Tel.: (+99412) 530 82 95
Mob.: (+99450) 250 14 15
Daha ətraflı məlumat üçün aşağıdakı linkdən əldə oluna bilər http://ite.az/company/vacancy/