Peşəsinə uyğun işləməyən miqrantlar Rusiyadan QOVULACAQ

Peşəsinə uyğun işləməyən miqrantları Rusiyadan qovacaqlar.

Yenicag.az xəbər verir ki, bu barədə Rusiya mediası Əmək Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Söhbət təşkilati (dəvətlə) işə qəbul üçün gələn xarici vətəndaşlardan gedir.

Rusiya Əmək Nazirliyinin hazırladığı yeni qanun layihəsinə əsasən, miqrantların yalnız konkret işəgötürən üçün işləməsinə icazə verən xüsusi sənədi olacaq.

“Qanun layihəsi xarici vətəndaşın Rusiya Federasiyasında müvəqqəti işləmək hüququnu təsdiq edən xüsusi sənədin yaradılmasını nəzərdə tutur.
Praktikada bu o deməkdir ki, təşkilati işə qəbulun bir hissəsi kimi, miqrant işçi icazələrə uyğun olaraq konkret işəgötürəndə işləyəcək”, – deyə məlumatda bildirilir.

Onları dəvət edən müəssisələrdə işləməkdən imtina etsələr – məsələn, tikinti əvəzinə kuryer işləsələr, 15 gün ərzində Rusiyanı tərk etməli olacaqlar.

Xuraman Etibarlı

COP29