Kreml Çeçenistan rəhbəri Ramzan Kadırovun qan davasının mümkünlüyü ilə bağlı sözlərinə şərh etməkdən imtina edib.
Yenicag.az xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib:
“Bu vəziyyəti şərh etmirik, əgər hər hansı bir vətəndaşa təhdid varsa, hüquq-mühafizə orqanlarına müraciət edir, onlar da qanuna uyğun olaraq hərəkət edirlər, burada başqa şərh ola bilməz”.