Peskov: Karlovun qətli Türkiyəyə arxadan vurulan zərbədir

peskovAnkarada baş verən terror hadisəsi Türkiyəyə arxadan vurulan zərbədir.

Yenicag.az “Ölkə.Az”-a istinadən xəbər verir ki, bu fikirləri Kremlin mətbuat katibi Dmitriy Peskoy səsləndirib.

Peskov deyib: “Şübhəsiz ki, bu ölkə prestijinə vurulan zərbədir. Çünki istənilən dövlət ərazisində fəaliyyət göstərən diplomatik təmsilçilərin təhlükəsizliyini təmin etmək üçün məsuliyyət daşıyır”.

Mətbuat katibi eyni zamanda qeyd edib ki, sui-qəsd Rusiya və Türkiyə arasında i ticari-iqtisadi və investisiya əməkdaşlığına dair ri layihələrin reallaşması fonunda baş verib: “Bu səbəbdən hadisə türk dövlətinə arxadan vurulan zərbədir”.

Kreml sözcüsünün fikrinə görə, Türkiyə rəhbərliyi hadisələrin belə cərəyan etməsində qətiyyən maraqlı deyildir.

Yenicag.az

COP29