Rusiya prezidenti Vladimir Putin hələ ki, yeni müddətə namizəd olmaq niyyətini açıqlamayıb, lakin artıq bəllidir ki, o, əhalinin mütləq dəstəyinə malikdir.
Yenicag.az RBC-yə istinadla xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, bir gün əvvəl başa çatan seçkilər “cəmiyyətin ölkə rəhbərliyi ətrafında mütləq birləşməsini ən əhatəli şəkildə təsdiqlədi”.
“Hazırkı region rəhbərlərinin aldıqları dəstəyin səviyyəsi göstərir ki, prezident də bu dəstəkdən istifadə edir. Onların böyük əksəriyyəti prezidentin dəstəyini alan qubernatorlardır”, – deyə Peskov vurğulayıb.