Peskov: “Putinin “oxşar”ları yoxdur”

Kreml Putinin “infarkt”ı və “oxşar”ları haqqında açıqlama verib.

Yenicag.az xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov sosial şəbəkələrdə və xarici mediada yazılanlara münasibət bildirib. İddialara görə, Vladimir Putin oxşarlarından istifadə edir və ötən gün o, infarkt keçirib.

“Onun səhhəti yaxşıdır, hər şey normaldır. Bu, tamamilə şayiədir”, – deyə o bildirib.

Peskov qeyd edib ki, Putinin “dublyorları” yoxdur. Onun sözlərinə görə, bu cür ifadələr “absurd informasiya” kateqoriyasına aiddir.

Xuraman Etibarlı