Peskov: “Rusiya-ABŞ dialoquna xələl gətirmək istəyənlərin “qırmızı xətt”i yoxdur”

Kremlin mətbuat katibi Dmitri Peskov Rusiya ilə ABŞ arasındakı təmaslardan danışıb.

Yenicag.az RİA-ya istinadən xəbər verir ki, Peskov iki ölkə arasındakı “normallaşma”dan bir çoxlarının narahat olduğunu bildirib.

O qeyd edib ki, Rusiya-ABŞ dialoquna xələl gətirmək istəyənlərin “qırmızı xətt”i yoxdur.

O, adını çəkmədiyi “qüvvə”lərin Moskva ilə Vaşinqton arasında dialoqu pozmaq üçün nəsə edəcəklərini vurğulayıb.