Peskov: “Trampı forumda gözləmirlər”

ABŞ prezidenti Donald Trampın Şərq İqtisadi Forumunda iştirakı gözlənilmir.

Yenicag.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Tramp yox, Trampı Vladivastokda gözləmirlər”, – deyə Peskov jurnalistlərin “Tramp forumda iştirak edəcəkmi?” sualına cavab verərəkən deyib.

Qeyd edək ki, forum sentyabrın 11-13-də Vladivostokda keçiriləcək.