Peskov: “Ukraynanın NATO-ya üzvlüyü Rusiya ilə Alyansın toqquşmasına səbəb ola bilər”

Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov Ukraynanın NATO-ya mümkün üzvlüyünün yaradacağı fəsadlarla bağlı xəbərdarlıq edib.

Yenicag.az xəbər verir ki, o, bu barədə jurnalistlərə açıqlamasında danışıb.

“Ukraynanın NATO-ya daxil olması Rusiya ilə NATO arasında toqquşmaya səbəb ola bilər. Biz Finlandiya və İsveçin NATO-ya qoşulmasının Rusiyanın təhlükəsizliyinə yarada biləcək təhdidi diqqətlə izləyirik”, – o bildirib.