Peskovdan Azərbaycan və Ermənistanla bağlı AÇIQLAMA

“Ermənistan Azərbaycanın rəyini nəzərə almadan birtərəfli qaydada Avropa İttifaqının müşahidə missiyasını dəvət edir. Bu, onun effektivliyinə şübhə yarada bilər”.

Yenicag.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov brifinqdə deyib.

“Məsələ müşahidənin predmetinin nədən ibarət olması və bu missiyanın Azərbaycan tərəfindən tanınıb-tanınmamasıdır. Mən şübhə edirəm ki, orada belə bir mandat anlayışla qarşılanacaq. Bu, İrəvanın birtərəfli qərarıdır. Belə bir missiyanın potensial effektivliyini şübhə altına almağa dəyər”, deyə Kremlin sözçüsü vurğulayıb.

COP29