Peskovdan Rusiyanın tərkibinə daxil olmuş regionlarla bağlı açıqlama

“Rusiya regionlarına çevrilən ərazilər ölkənin ayrılmaz hissəsidir, bu fakt müzakirə olunmur”.

Yenicag.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

O qeyd edib ki, Rusiya Federasiyasının tərkibinə daxil olan ərazilər Konstitusiyada göstərilib və “Rusiyanın tərkib hissəsidir”.

“Bu, tamamilə təkzibedilməz və müzakirə olunmayan faktdır “, – Peskov vurğulayıb.

Bundan əvvəl ABŞ prezidenti Donald Tramp bildirmişdi ki, Vaşinqton Rusiya ilə mümkün razılaşmanın bir hissəsi kimi Ukraynanın “mümkün qədər” geri qayıtmasını təmin etməyə çalışacaq.

Bildirək ki, Rusiya-Ukrayna müharibəsindən bəri  (24.02.2022-ci il) Ukraynanın bəzi əraziləri xüsusilə Donetsk, Luqansk və digər bölgələri könüllü şəkildə Moskvanını nəzarəti altına keçdiyini açıqlamışdı.