!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Peşmərgə komandiri: “ABŞ bizə “Hazırlaşın” deyir”

!Reklam – Yazi

İraq Kürd Muxtariyyatının rəhbəri Məsud Bərzaniyə bağlı olan Rojava peşmərgələrinin komandiri Şervan Diroki ABŞ-dan hücum təlimatı aldıqlarını deyib.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, terrorçu YPG-yə rəqib sayılan Rojava peşmərgələri komandanı Şervan Diroki ABŞ-ın onların fəaliyyətinə “yaşıl işıq” yandırdığını bildirib:
“ABŞ bizdən Rojavaya hərəkət etmək üçün hazır olmağımızı istədi, ancaq PKK ilə YPG buna qarşı çıxdı”.

Onun sözlərinə görə, Rojava peşmərgələri sırasında olan döyüşçülərin sayının artırılması da gündəmdədir:
“Keçiriləcək təlimlərdən sonra sayımızı 10 nəfərə çatdırmaq planımız var”.

Məlum olduğu kimi, PYD İraqda təlimlərə cəlb olunan Rojava peşmərgələrinin Suriyadakı kürdlər yaşayan zonalara keçməsinə imkan vermir. Bu səbəbdən, ötən həftə İraqın Sincar bölgəsində PKK ilə Rojava peşmərgələri arasında silahlı toqquşma baş verib.

Yeniçağ.Az

 

www.yenicag.az

636
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv