Azərbaycanda bir çox sevilən mahnıların müəllifi olan Kəmalə Qasımova öz yubileyini Türkiyənin məşhur müğənnisi Petek Dinçöz və yaxınları ilə İstanbulda qeyd edib.
Gecəyə Petek Dinçöz həyat yoldaşı və ailəsi ilə qatılıb. Ad günündə dünya çempionumuz Mirzə Məmmədov, aparıcı Nigar Mahmudova, Pərviz Sultansoy da iştirak edib.
Gecədən canlı yayım edən müğənni minlərlə izləyicisinə sürpriz açıqlamalar edib. Söz və musiqisi Kəmalə Qasımovaya, aranjimanı Qara Dərvişə aid olan “Kabusun olurum” mahnısına yaxın günlərdə klip çəkiləcəyini bildirib.
Dinçöz azərbaycanlı fanatlarına səslənərək, klipdə onlar üçün sürprizlər olacağını da açıqlayıb.
Qeyd edək ki, Kəmalə Qasımova bundan öncə Mustafa Ceceli ilə çalışıb.