Pətək Dinçöz Bakıda – ÖZƏL FOTOLAR

Türkiyədə yaşayan azərbaycanlı aktrisa Məlahət Abbasova bu gün Bakıda jurnalistlər üçün mətbuat konfransı keçirib.

Yenicag.az xəbər verir ki, mətbuat konfransında onunla yanaşı, türkiyəli müğənni Pətək Dinçöz də iştirak edib.

Abbasova bəyan edib ki, ATV-də aktrisanın aparıcılığı ilə “Məlahətli söhbətlər” verilişi olacaq. Verilişin ilk qonaqları arasında Pətək Dinçöz də var.

Azərbaycanlı sənətkar bildirib ki, bu verilişi ərsəyə gətirməkdə məqsəd Türkiyə və Azərbaycan sənətçilərini bir araya gətirməkdir.

Dinçöz də mətbuat konfransındakı bütün qonaqları salamlayıb. Bakıya gəldiyindən məmnun olduğunu deyən Pətək hətta zarafatca Azərbaycan paytaxtından ev almaq istədiyini də dilə gətirib.

Tədbirdən özəl fotoları və videoreportajı təqdim edirik:

COP29