Peterburqdakı partlayış terror aktıdır – Rəsmi

“Sankt-Peterburq metrosunda baş vermiş partlayışla əlaqədar cinayət işi açılıb”.

Bunu Rusiya Baş Prokurorluğunun nümayəndəsi Aleksandr Kurennoy deyib. Onun sözlərinə görə, Sankt-Peterburq metrosundakı partlayış terror aktıdır:

“Partlayışın araşdırılması ilə istintaq orqanları məşğuldur. Prokurorluq tərəfindən başladılan yoxlama bütün incəliklərə toxunacaq”.

Təhlükəsizlik sisteminin işinə gəlincə prokuror bildirib ki, məsələ ilə bağlı istintaq orqanlarının əməkdaşları məşğul olacaqlar.

Yeniçağ.az