Türkiyə polisi İzmir şəhərində yerləşən “Petkim” neft-kimya kompleksininin 4 ayrı ünvanında əməliyyat keçirir.
Dövlət çevrilişinə cəhddə günahlandırılan Fəthullah Gülən tərəfdarlarına qarşı əməliyyatlar yerli vaxtla bu gün səhər saat 09:00-da başlayıb və hazırda davam edir.
Qeyd edək ki, bundan öncə Türkiyə polisi 2 dəfə “Petkim”də axtarış aparıb. Axtarışlar nəticəsində 31 nəfər saxlanılsa da, sonradan onlardan 6-sı sərbəst buraxılıb. Həbs olunanlar arasında “Petkim” baş direktoru Sadettin Korkut və rəhbərlikdə təmsil olunan 13 şəxs olub.