“Peyğəmbər” həbs olundu – Ölünü dirildə bilmədi – VİDEO

Efiopiyada özünə “peyğəmbər” deyən şəxs ölünü dirildə biləcəyini bildirərək mərhumun ailəsinə məzarı açdırıb.

Yenicag.az xəbər verir ki, cəsədin üzərinə çıxaraq onu diriltməyə çalışan şəxsin cəhdi uğursuz alınıb.

Bu səbəbdən o, polis tərəfindən saxlanılıb.

Məsələ burasındadır ki, Getayavkal Ayele adlı səhiyyə işçisi bir neçə gün öncə Belay Biftu adlı mərhumun ailəsinə baş çəkərək İsa peygəmbərin Aziz Lazarı ölümündən 4 gün sonra diriltməsinin hekayəsini danışıb. Eyni şeyi bacaracağını iddia edən şəxs ailəni inandıra bilsə də, istəyinə çata bilməyib.