Bədbəxt hadisə – Peyk antenasını düzəldən kişi 3-cü mərtəbədən yıxıldı

Bakıda 34 yaşlı kişi yaşadığı evin eyvanından yıxılaraq ağır xəsarət alıb.

Yenicag.az xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu, Məmmədhüseyn Şəhriyar küçəsi 3 ünvanında qeydə alınıb.

Belə ki, 1986-cı il təvəllüdlü Məmmədov Zaur Rafiq oğlu yaşadığı evin eyvanında peyk antenasını düzəldən zaman ehtiyatsızlıqdan 3-cü mərtəbədən yıxılıb. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsi və sol topuğun sınığı diaqnozu qoyulub. Hazırda müalicəsi həkim nəzarətində davam etdirilir./Report/

COP29