Peyvənd olunanlarla bağlı son RƏQƏMLƏR

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 427 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yenicag.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 211, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 55, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 140, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 21 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 931 112, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 395 844, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 875 557, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 395 085, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 264 596 nəfər təşkil edir.

COP29