Peyvəndin üçüncü dozası hansı halda vurula bilər?

Koronavirusa qarşı vaksinlərin hər iki dozasından sonra orqanizmində virus əleyhinə anticisim yaranmayan şəxslərə üçüncü doza vaksin vurulması aktiv müzakirə mərhələsindədir.

Yenicag.az-ın məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) infeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva deyib.

O bildirib ki, hazırda bu məsələ Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təsdiqlənməyib: “İlin sonunda bu məsələ təsdiqlənəndən sonra üçüncü doza tətbiq oluna bilər”.