Peyvəndlər barədə məlumatlar sosial şəbəkəyə sızdırıldı – Haker hücumu

Avropa Dərman Agentliyinə haker hücumu zamanı sosial şəbəkələrə koronavirusa qarşı “Pfizer” və “BioNTech” peyvəndləri barədə məlumatlar sızdırılıb.

Yenicag.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə “Bloomberg” xəbər yayıb.

Sızdırılan sənədlər İtaliyanın “Yarix” kiber təhlükəsizlik şirkəti tərəfindən aşkarlanıb.

Hakerlər “darknet” şəbəkəsində peyvənd istehsalı və marketinq kampaniyasına dair gizli məktubları və sənədləri dərc ediblər.

Avropa İttifaqından olan nümayəndə haker hücumunun və sənədlərin sızmasının preparatların qeydiyyata alınmasına və istehsalına təsir göstərmədiyini bildirib.

Bundan sonra “Pfizer” səhmləri 2,2%, “BioNTech”in Amerika depozit qəbzləri isə 5,1% dəyər itirib.

COP29