İran prezidenti Məsud Pezeşkian prezident iqamətgahında Güney Azərbaycanın məşhur ictimai xadimi, milli fəalı Rəşid Danişçini qəbul edib.
Yenicag.az “Tasnim”ə istinadla xəbər verir ki, tərəflər Azərbaycan türkcəsində danışıblar və Rəşid Danişçi İranın yeni liderinə Güney Azərbaycanda problemlərdən, habelə İranda yaşayan azərbaycanlıların yeni gözləntilərindən söhbət açıb.
Prezidenti Pezeşkian sözlərindən sitat gətirən agentlik yazır ki, İran lideri görüşdə bir neçə məsələyə toxunub.
“Ölkə bacısı deyib ki, Urmiya gölü problemi Azərbaycanın yox, bütün İranın problemidir. Onun sözlərinə görə, onun hökuməti dövründə Urmiya gölü məsələsi əsas prioritet olacaq”, – deyə məlumatda bildirilir.
Həmçinin prezident söyləyib ki. Azərbaycan türkcəsi İranın tarixi sərvətidir və İran konstitusiyası tələb edir ki, bütün etnik dillərin konstitusiyada təsbit edilən statusu təmin edilsin.
M. Pezeşkiana görə, Azərbaycan xalqı öz dilində sərbəst danışmalı, öz dilində təhsil almalı, öz dilində əmək bazarında iş tapa bilməlidir.
“Biz azərbaycanlıların sandıq başına gələrək bizə necə dəstək olduğunu bilirik və bu məsuliyyəti dərk edirik. Onların bizi boşuna seçmədiklərini də anlayırıq. İran Azərbaycanında olan dil problemlərinə xüsusi yanaşırıq və bu məsələnin gündəmdən düşməsinə əsla imkan verməyəcəyik”, – deyə o bildirib.
Tehranda hesab edirlər ki, Pezeşkian hakimiyyəti indiki gərgin regional siyasi müstəvidə mütləq şəkildə Cənubi Azərbaycan türklərinin istək və tələblərinə isti yanaşacaq. Analitiklərin fikrincə, İran üçün Azərbaycan türklərinin sayca çoxluğu həm də ölkədaxili bir təhdid sayıldığı üçün islahatçı qanadın üzvü olan Pezeşkian və komandasının Rəşid Danişçi ilə söhbəti həm də vəziyyəti sakitləşdirmək xarakteri daşıyır.
Rafi Müslümov