Pezeşkian müxtəlif dinlərin nümayəndələri ilə görüşdü

İranın Prezidenti Məsud Pezeşkian ölkədə yaşayan müxtəlif dinlərin nümayəndələri ilə görüşüb.

Yenicag.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

O, dini təriqətlər, xüsusilə sünni və şiələr arasında barışığın vacibliyini, bunun inkişafın əsaslarından olduğunu bildirib.

Farsca çıxış edən prezident iclasın sonunda türk dilində “El gücü, sel gücü” Azərbaycan atalar sözünü işlədib və din xadimlərini birliyə çağırıb.

COP29