“İranın ali rəhbəri Ayətullah Seyid Əli Xamenei İslam Respublikasının ABŞ ilə danışıqlar aparmasına qarşı çıxıb”.
Yenicag.az IRNA-ya istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib.
“Mən hesab edirdim ki, danışıqlar aparmaq daha yaxşıdır, ali rəhbər dedi ki, biz ABŞ ilə danışıqlar aparmayacağıq. Amma biz problemləri həll etmək üçün uyğun yollar tapmalıyıq”, – deyə prezident vurğulayıb.
M.Pezeşkian əlavə edib ki, danışıqlara inanır, lakin ölkə S.Ə.Xamenei tərəfindən müəyyən edilmiş mövqedə qalacaq:
“Mənim öz qənaətlərim ola bilər, amma ali rəhbər istiqaməti müəyyən etdiyi halda, biz ona uyğunlaşmalıyıq”.