Paytaxtda və regionlarda mövcud olan, eləcə də davam edəcəyi proqnozlaşdırılan qarlı hava şəraiti ilə əlaqədar olaraq Peşəkar Futbol Liqası 2-ci Liqanın 24-25 fevral tarixlərində keçirilməsi nəzərdə tutulan oyunlarının təxirə salınmasına qərar verib.
Bu barədə Yenicag.az PFL-ə istinadən xəbər verir.
Bildirilib ki, oyunların 27, 28 fevral və 1 mart tarixlərində keçirilməsi qərara alınıb.
“Oyunların təqvimi və başlama saatları ilə bağlı əlavə məlumat veriləcək”, – deyə PFL-dən bildirilib.