PFL-də yeni təyinat

Peşəkar Futbol Liqasında struktur dəyişikliyi edilib.

Yenicag.az xəbər verir ki, Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin əməkdaşı, PFL-in rəsmi saytının baş redaktoru Elgiz Abbasov Texniki İdman Şöbəsinin rəisi təyin edilib.

Qeyd edək ki, Elgiz Abbasov 2014-cü ildən PFL-də çalışır.