PFL Ramin Musayevin postundan ayrılmasının səbəbini açıqladı

Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayevin postundan ayrılmasının səbəbi açıqlanıb.

Yenicag.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, 59 yaşlı funksioner səhhəti ilə əlaqədar vəzifəsini tərk edib.

Qeyd edək ki, Ramin Musayev 2008-ci ildən PFL-in rəhbəri olub.