PFL rəsmisi “Sumqayıt”a idman direktoru təyin edildi

“Sumqayıt” futbol klubunda növbəti təyinat reallaşıb.

Yenicag.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Zamiq Hüseynov idman direktoru vəzifəsini icra edəcək.

Qeyd edək ki, Z.Hüseynov 2008-2018-ci illər ərzində Peşəkar Futbol Liqasında çalışıb. O, qurumun Texniki İdman Şöbəsinin rəisi idi.