Pilotları təşvişə salan YENİ TƏHLÜKƏ: Aviaşirkətlər tədbir görməsə… – SƏBƏB

Böyük Britaniyanın Ridinq Universitetinin alimləri tərəfindən aparılan yeni araşdırmalar narahatedici tendensiya aşkar edib.

Yenicag.az xəbər verir ki, planetimizin iqlimi təyyarələr üçün təhlükə yaradan turbulentlik dərəcəsini (Turbulent hərəkət: Suyun,havanın elə hərəkətidir ki, hissəciklər ümumi, paralel irəliləmə ilə yanaşı olaraq, həm də mürəkkəb trayektoriya üzrə hərəkət edir və maddələrin qarışmasına səbəb olur – red.) artırıb.

Belə ki, Şimali Atlantika üzərində, hava yollarının kəsişdiyi nöqtədə şiddətli turbulentliyin ümumi müddəti 55 faizə qədər artıb. Alimlər bu artımı qlobal istiləşmə ilə əlaqələndirirlər. Bu o deməkdir ki, pilotlar və aviaşirkətlər tədbir görməyə başlamalıdır.

Çünki kəskin iqlim şəraiti nəinki uçuşların təhlükəsizliyinə, həmçinin sənayeyə də ciddi zərər vurur. Təkcə ABŞ-də illik itkilər 150 milyon dollardan 500 milyon dollara qədərdir.

Qeyd edək ki, iqlim dəyişikliyi və onun aviasiyaya təsiri qlobal ekoloji problemlərdən sadəcə biridir.

Şahanə Paşa