Pirallahı sakini tüstüdən boğularaq ölüb

171293_res_01Pirallahıda evdə yanğın baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin verdiyi xəbərə görə, dekabrın 1-də saat 18.00 radələrində Pirallahı rayonu ərazisində yaşayan Tofiq Səfibəyovun evində yanğın olub.

Yanğın söndürüldükdən sonra tüstüdən boğulmuş T. Səfibəyovun meyiti tapılıb.

Faktla bağlı araşdırma aparılır.