Pirallahı sakinində heroin və metamfetamin aşkar edildi

Polis əməkdaşları tərəfindən narkotik vasitə, eləcə də, psixotrop maddələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, Pirallahı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən qəsəbə sakinləri, əvvəllər məhkum olunmuş 1979-cu il təvəllüdlü Vüsal Alyarov və 1990-cu il təvəllüdlü Azad Namazov müəyyən edilərək saxlanılıb.

Üzərlərinə baxış zamanı onlardan narkotik və psixotrop maddələr olan heroin və metamfetamin aşkar edilərək götürülüb.

Faktlarla bağlı Pirallahı Rayon Polis Şöbəsində araşdırmalar aparılır.