Pirallahıda silahlı insident baş verib

скачанные файлы (1)Bakıda silahlı insident olub.

Pirallahı Rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə rayonun S. Bağırov küçəsində qeydə alınıb. Rayon sakini, əvvəllər məhkum olunmuş, 1960-cı il təvəllüdlü Ziyafət Hacıbala oğlu Manafov odlu silahdan həmyerlisi, 1963-cü il təvəllüdlü Raqib Novruz oğlu Əhmədova bir neçə dəfə atəş açıb. Lakin güllələrdən heç biri R. Əhmədova dəyməyib. Hadisə yerindən 4 ədəd giliz götürülüb. Z. Manafovun tutulması istiqamətində tədbirlər davam etdirilir.

Faktla bağlı Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.(APA)